|
Ukraynada qanunsuz yaşayan və deport olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub

Ötən il Ukraynada qanunsuz yaşayan və deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən Cia.az-un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ildə ümumilikdə 1 448 Azərbaycan vətəndaşının qeyri-qanuni miqrant olduğu müəyyən edilib.

Ötən il 2 Azərbaycan vətəndaşının könüllü olaraq ölkəsinə geri qayıtması barədə qərar qəbul edib, 1 380 Azərbaycan vətəndaşı isə məcburi ölkəsinə geri qaytarılıb. 47 Azərbaycan vətəndaşının isə Ukrayna dövləti hüdudlarından məcburi qovulması barədə qərar çıxarılıb.