|
Yüksək bel şalvarları nə ilə geyinək? -

Bu aylar daha çox dəbdə olan yüksək bel şalvarlar bəlkə də hər qadına yaraşan ən gözəl şalvar modellərindən biridir. Ancaq yüksək bel olduğuna görə nə ilə geyiniləcəyi bir az sual altında qalır. Yüksək bel şalvarlarının düzgün kombinə üsullarını təqdim edirik.

Yüksək bel şalvarlarınızı köynəklə geyinə bilərsiz. Köynəyinizin yaxasının bir-iki düyməsini də açın. V yaxa yuxarı qisminizin də uzun görünməsinə təsir edəcək. Əgər boyunuz balacadırsa, şalvar və köynəyinizi eyni rəngdə seçin.

Pencəklə geyinin. Pencəyiniz istər uzun olsun, istər qısa, yüksək bel şalvarla rahatlıqla geyinə bilərsiz. Ombanız genişdirsə, yüksək bel şalvarın üzərinə düşən uzun pencəklə bu halı kamuflyaj edə bilərsiz.

Qısa üstlərlə geyinin. Qısa üstlər (Crorp tops) artıq uzun müddətdir dəbdədir və yüksək bel şalvarla möhtəşəm görünür. Qışda qısa jaketlərlə, yayda isə qısa köynəklərlə bu şalvarları geyinə bilərsiz. Xüsusən yüksək belli cins şalvarlarla qısa üst geyimlər daha çox yaraşır.

Büstiyerlərlə geyinin. Korse havası verən büstiyer, ya da asqılı nazik köynəklərinizlə bu şalvarları rahatlıqla geyinə bilərsiz.

Gündəlik geyimlərlə kombinə edin. Maskulen stil üçün yüksək bel cins şalvarlarınızı dəri pencək və idman ayaqqabısı ilə kombinə edə bilərsiz.

Ayaqqabı seçiminə gəldikdə isə, bu şalvarların dikdabanla çox yaraşdığını unutmayın. Stilletto, ya düz ayaqqabı seçərkən də sivri uclu seçin. Ayaqqabınızın şalvarla eyni rəngdə olması daha möhtəşəm görünər.  

 Cia.az