|
Bakıda kafe yanıb

Bakıda kafedə yanğın olub.

Cia.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunun Savalan yaşayış massivinda qeydə alınıb.

Həmin ərazidə yerləşən "Qaçağan" kafesində baş verən yanğın zamanı kafenin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alovun qarşısı alınıb və yanğın söndürülüb.