|
“Barselona” Umtiti ilə müqaviləni uzadıb

“Barselona” futbolçusu Samuel Umtiti ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

28 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Fransalı futbolçu maaşının azaldılmasına razılıq verdikdən sonra anlaşma əldə olunub.

Qeyd edək ki, Umtiti 2016-cı ildən “Barselona”da oynayır.