|
Bu il nə qədər yaşayış massivi qazlaşdırılacaq?

 

 

Bu il 110-a yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyət əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.

Qeyd edək ki, ölkədə qazlaşma səviyyəsi, işğaldan azad olunan torpaqlar istisna olmaqla 96,2 % təşkil edir.

Son 10 ildə respublikamızda 1 554 kənd və qəsəbə təbii qazla təmin olunub.