|
İran XİN başçısı Çinə səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Çinə səfər edəcək.

Cia.az-ın məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, səfər həftəsonu baş tutacaq.

 

Səfər çərçivəsində İran və Çin arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair 25 illik yol xəritəsinin hazırlanması haqda danışıqlar aparılacaq.