“Cenevrə görüşündən əvvəl ABŞ-ın Rusiya Federasiyası ilə təhlükəsizlik zəmanətləri ilə bağlı dialoqa yanaşmaları Moskva üçün təəccüblü olmadı, görək sonda nə olacaq”.
Cia.az-ın məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Əvvəlcədən aydın idi ki, onların xətti bizim ideyalarımızı, təkliflərimizi və yanaşmalarımızı son onilliklərdə inkişaf etmiş diplomatiya nöqteyi-nəzərindən texnoloji mühitə daxil etməkdir”, - deyə nazir müavini əlavə edib.
Ryabkov ABŞ-ın bütün məsuliyyəti ATƏT-in üzərinə yıxmağa üstünlük verdiyini bildirib.
O, Vaşinqtonun Rusiya ilə ikitərəfli dialoq aparmaqdan ümumiyyətlə narahat olduğunu söyləyib.
Qeyd edək ki, Rusiyanın ötən ilin dekabrın 18-də irəli sürdüyü təhlükəzilik zəmanətləri ilə bağlı təkliflər paketi əsasında Rusiya-ABŞ dialoqu başlayıb.
Yanvarın 9-da Cenevrədə başlayan dialoq daha sonra Brüssel və Vyanada davam edəcək.
