|
Gürcüstanda Omicron ştamına yoluxanların sayı açıqlanıb

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına təsdiqlənmiş yoluxma hallarının sayı 816-ya çatıb.

Cia.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Qeyd edək ki, son sutka ərzində qonşu ölkədə koronavirus infeksiyasına 2 953 yoluxma qeydə alınıb, 31 nəfər ölüb.