|
Daşkəsəndə qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub

Cia.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Report"a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qabaqtəpə kənd sakini Amil Məmmədovdan 1 ədəd “TOZ-16” markalı, qoşa lüləli ov tüfəngi aşkar edilərək götürüb.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.