|
Almatıda bir dəstənin üzvü olan 20 nəfərdən çox silahlı şəxs saxlanılıb

 

 

Qazaxıstanın Almatı şəhərində bir dəstənin üzvü olan 20-dən çox silahlı şəxs saxlanılıb.

 
 

Bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərdən 40-a yaxın silah-sursat götürülüb.

Müsadirə edilən silahlar sırasında 25 Makarov tapançası, 5 Kalaşnikov avtomatı, tüfəng və ov tüfənginin olduğu qeyd edilir.

Həmçinin, onlardan müxtəlif çaplı 500 patron götürülüb.