|
Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində öldü

 

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. 

 

Cia.az-ın əldə etdiyi məlumata görə, atəş açılması nəticəsində Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a fakt təsdiqlənib. 

Faktla bağlı araşdırma aparılır.