Ağstafa rayonunun Aşağı Salahlı kəndində daha bir şəhid torpağa tapşırılıb.
ANS PRESS-in məlumatına görə, ötən gün erməni silahlı bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 19 yaşlı Ağstafa rayonundan hərbi xidmətə çağırılmış əsgəri Kəramət Şəmkir oğlu Şəbiyev şəhid olub. Ermənilər tərəfindən snayperlə vurulub.
O, gənc ailənin 2-ci övladıdır.
Allah rəhmət eləsin!
