|
SON DƏQİQƏ!  Helikopter qəzaya uğradı: Ölənlər var

Rusiya Federasiyasının Başkortostan Respublikasında “Eurocopter AS 350” helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan üç nəfərdən ikisi ölüb.

cia.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 7-nə keçən gecə Blaqoveşenski rayonunun Karaqaykul kəndi yaxınlığında baş verib.

Onlardan biri hadisə yerində, digəri isə təcili yardım maşınında dünyasını dəyişib. 

Hadisəyə texniki nasazlığın səbəb ola biləcəyi ehtimal olunur.