|
"Denqe" fəlakəti başladı

Braziliyada bu ilin əvvəlindən bəri 746 min "denqe" epidemiyasına yoluxma halı qeydə alınıb. Epidemiya ölkənin 9 ştatında müşahidə edilib. 
Bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb. Buna baxmayaraq, denqe epidemiyasının ölkə miqyasında yayılması ehtimalı azdır. 
Yoluxma hallarının yarısı San-Pauluda qeydə alınıb, üstəlik bu şəhərdə göstərici ötən ilki ilə müqayisədə 3 dəfə artıb. Ölkə üzrə isə denqe epidemiyasına yoluxanların sayı 2014-cü ilin bu dövrü ilə müqayisədə 235% artıb.

Cia.az