|
Almatıda 12 asayiş keşikçisi öldürülüb

Qazaxıstanın Almatı şəhərində kütləvi etirazlar zamanı 12 asayiş keşikçisi öldürülüb.

Cia.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şəhər komendaturası məlumat verib.

Ölənlərdən birinin başının kəsildiyi qeyd olunub.

Bundan başqa, şəhərdə iğtişaşların yatırılması zamanı hüquq mühafizə orqanlarının 353 əməkdaşının yaralandığı da bildirilib.