|
Sumqayıtda anbardan 400 cüt ayaqqabı oğurlanıb

Sumqayıtda anbardan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 24-də şəhər ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12.000 manat dəyərində 400 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.