|
Bayramda təcili yardıma çağırışlar ARTIB

“Bayram və qeyri-iş günlərindəTəcili Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb. 139 briqada əhaliyə xidmət göstərib. Bayram günlərində çağırışların sayında artım müşahidə edilib”.

 

Cia.az xəbər verir ki, bunu BŞT və TTYS-nin əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva açıqlayıb.

 

Onun sözlərinə görə, bayram günlərində priotexniki vasitələrdən xəsarət alma ilə bağlı müraciət daxil olmayıb:

 

“Adi günlərində BTY 2600-2700 müraciət olurdusa, bayram günlərində 2880-3300 müraciət edilib. Ən çox çağırışlar yanvar ayının 2-si və 3-ü oldu. Bu da onunla əlaqəlidir ki, digər tibb müəssisələri qeyri-iş rejimində fəaliyyət göstərirdi".