|
Şirvanda bir ailənin dörd üzvü zəhərlənib

 

 

Şirvanda bir ailənin üzvləri dəm qazından zəhərlənib.

 

“Report”un verdiyi məlumata görə, hadisə Şirvan şəhəri T.İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Şirvan sakinləri, 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu, 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə ikən dəm qazından zəhərləniblər.

Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara
ilk tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.