|
Yens Stoltenberq Ukrayna xarici işlər naziri ilə görüşəcək

NATO Baş katibi Yens Stoltenberq Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

Cia.az-ın xəbərinə görə, bu barədə NATO Baş katibinin sözçüsü Oana Luncesku məlumat yayıb.

 

O bildirib ki, Yens Stoltenberq yanvarın 10-da NATO-nun Baş Qərargahında Ukrayna XİN rəhbərini qəbul edəcək. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Nazir Kuleba NATO baş katibinin sədrliyi ilə keçirilən NATO-Ukrayna Komissiyasının (NUC) iclasında iştirak edəcək.