|
Nazirliyin sabiq əməkdaşına federasiyada vəzifə verildi

 

 

Azərbaycan Cüdo Federasiyasında yeni təyinat baş verib. Qurumun Marketinq və Kommunikasiyalar üzrə meneceri vəzifəsinə Rəşad İbrahimov (Tuncay) təyin olunub.

 

Bu barədə Oxu.Az-a Rəşad İbrahimovun özü məlumat verib.

Qeyd edək ki, Rəşad İbrahimov ANS, ATV kimi telekanallarda efir rejissoru kimi çalışıb. O, “Report” İnformasiya Agentliyində, Kənd Təsərrüfatı Nazirliyində multimedia meneceri vəzifələrində çalışıb.