Azərbaycan Cüdo Federasiyasında yeni təyinat baş verib. Qurumun Marketinq və Kommunikasiyalar üzrə meneceri vəzifəsinə Rəşad İbrahimov (Tuncay) təyin olunub.
Bu barədə Oxu.Az-a Rəşad İbrahimovun özü məlumat verib.
Qeyd edək ki, Rəşad İbrahimov ANS, ATV kimi telekanallarda efir rejissoru kimi çalışıb. O, “Report” İnformasiya Agentliyində, Kənd Təsərrüfatı Nazirliyində multimedia meneceri vəzifələrində çalışıb.
