|
Ağstafada 37 yaşlı qadın ərini baltaladı

Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən qətlə yetirilib.

 

Cia.aa-ın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.

1985-ci il təvəllüdlü Aynur Abdullayeva ailə münaqişəsi zəminində əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə öldürüb.

Faktla bağlı araşdırmalar aparılır.