|
Azərbaycanda da çörək və un bahalaşdı

Azərbaycanda çörək və un məmulatları istehsalçıları öz məhsullarının qiymətini qaldırıblar. Virtualaz.org- ın məlumatına görə, supermarket və mağazalarda zavodlarda istehsal olunan çörək 20 qəpik bahalaşıb. 

Bahalaşma dünya bazarında buğdanın və unun bahalaşması ilə bağlıdır.

50 kiloqramlıq buğda ununun bir kisəsi isə 8-10 manat bahalaşıb. Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" ununun kisəsi 28 manatdan 38 manata, "Sünbül" ununun kisəsisi isə 29 manatdan 39 manata qalxıb