|
Ramiz Abutalıbov dəfn olundu

Yanvarın 1-i Moskvada vəfat edən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov dəfn olunub.

 

“Qafqazinfo” xəbər verir ki, görkəmli diplomat II Fəxri xiyabanda dəfn edilib.

Dəfn mərasimində maliyyə naziri Samir Şərifov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edib.