|
Abşeronda ana və körpəsi dəm qazından zəhərlənib

Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

 

Cia.az-in məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanim Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Hadisənin təfərrüatı araşdırılır.