|
Mətin Akpınar Zəki haqqında:

İllərdir Zəki Alasyanın dostu və tərəf müqabili olan Mətin Akpınar aktyorun ölümü ilə bağlı “CNNTÜRK”ə açıqlama verib. 
Göz yaşlarını saxlaya bilməyən Mətin danışmaqda çətinlik çəkib. O, ikinci yarısını itirdiyini deyib: 
“Zəki Alasya mənim yarım idi. Yarım getdi, canım getdi... Hamı üçün böyük itkidir. Zəki çox cavan öldü. Təəssüf ki, qaraciyərində problem yaranmışdı. Çox gec biliblər. Xətrinə dəyməməyə çalışırdıq. Son iki gün idi ki, yanında idim. Bu gün xoşladığı yeməyi aparacaqdım. Bu xəbəri eşitdim. Tale bizim ikimizi adətən bir yaratmışdı. Atalarımız eyni yerdə işləyirdi. Analarımız öləndə mollaları belə eyni idi. Bu tale bizi birləşdirdi. Bizim bir-birimizlə küsülü olduğumuz şayiələrini yayırdılar. İndi həqiqətən ayrıldıq, gedin bayram edin. Çox istedadlı biri idi. Dərziliyi bacarırdı. Zəki istedadlı aktyor idi. Qısa ömrünə çox uğur yerləşdirdi”. 
Xatırladaq ki, Zəki Alasya bu səhər müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 

Cia.az