|
Yeni ilin ilk günündə vurulan piyada xəstəxanada öldü

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulub.

 

DİN Mətbuat xidmətindənCia.az-a verilən məlumata görə, yanvarın 1-də saat 19 radələrində Bakı şəhər sakini İ.Nəcəfquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada yanvarın 2-də ölüb.

Xəzər RPİ-də araşdırma aparılır.