|
Bu ilin ilk plenar iclasının vaxtı açıqlandı

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb.

 

Cia.az xəbər verir ki, qanunverici orqanın yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Toplantıda parlamentin yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.