|
Koreyada “omicron”dan ilk 2 ölüm qeydə alındı

Koreyada koronavirusun “omicron” ştamından ilk iki ölüm faktı qeydə alınıb.

 

Bu barədə Cia.az “Yonhap” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hər iki şəxsin yaşı 90-dan çox olub.

Pasiyentlər ötən həftə bazar ertəsi və çərşənbə günü vəfat ediblər.