|
İsmayıllıda evdən qadın meyiti tapıldı

 

 

İsmayıllıda evdən qadın meyiti tapılıb. 

 

Cia.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun İvanovka kəndində baş verib. 

Belə ki, kənddəki yaşayış evlərindən birinin hamam otağından 1956-cı il təvəllüdlü V.K.-nın meyiti tapılıb. 

İlkin ehtimallara görə, qadın dəm qazından boğulub.