|
Vantau sahillərində güclü zəlzələ

Vantau sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Cia.az xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Sola şəhərindən 104 km şimal-qərbdə, ocağı isə 137 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.