Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Cia.az xəbər verir ki, hadisə Əmir Bağırov küçəsində qeydə alınıb.
1986-ci il təvəllüdlü Allahverdiyev Vüsal Qurban oğlu tanışı ilə əlbəyaxa dava zamanı başın təpə nahiyəsindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
