|
Türkiyədə idmançıları yarışa aparan avtobus aşdı, ölən və yaralananlar var

Türkiyədə güləşçiləri yarışa aparan mikroavtobus dərəyə aşıb.

Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Amasya - Çorum yolunda baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb. İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Yaşları 18-24 arasında olan idmançıların Çorumda keçiriləcək U23 Sərbəst Güləş üzrə Türkiyə Çempionatında iştirak etmək üçün Batmandan yola düşdüyü bildirilib.