|
Məsciddə partlayış:

İraqın şərqində məsciddə törədilən iki partlayış nəticəsində 17 nəfər ölüb.
Bu haqda polis və həkimlərin məlumatına istinadən Reuters xəbər verib.
Partlayış insanların cümə namazından sonra məsciddən çıxdıqları an baş verib. Partlayış nəticəsində daha 37 nəfər xəsarət alıb.
Partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən məscidin qarşısında saxlanılan avtomobilə qoyulub.
Birinci partlayışdan sonra ikinci partlayıcı qurğu işə salınıb.

Cia.az