|
Türkiyədə iki avtomobil toqquşdu: 7 nəfər öldü

Türkiyənin İstanbul şəhərində iki avtomobil toqquşub, 2-si uşaq olmaqla 7 nəfər ölüb.

Cia.az xəbər verir ki, meyitlər Aksaray Tədris və Araşdırma Xəstəxanasının morquna aparılıb.

Qəza nəticəsində yolda bir müddət nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.