|
Bakı sakini çay evində öldürüldü

Dekabrın 31-də axşam saatlarında Mir Cəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynov qətlə yetirilib. 

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin  münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Faktla bağlı cinayət işi başlanıb.