Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunlarının başlamasına düz 35 gün qaldı. Avropa Oyunları zamanı turistlərin səyahət edəcəyi istiqamətlərdən biri ölkənin şimal bölgəsi olacaq. Soyuq iqlimilə seçilən bu istiqamətdə turistlərin yolu həm bölgənin Xınalıq kəndi kimi tarixi yerlərlə, yanaşı müasir turizm komplekslərindən keçəcək.
Şimal bölgəsi üzrə əsas 4 turizm marşurutu müəyyənləşidrilib. Oyunlar zamanı Azərbaycana üz tutan turistlərə şimal bölgəsində qədim Şabran şəhərinin qalıqları, Xınalıq kəndi, “Şahdağ” qış-yay turizim komlpeksi və Qusardakı Şeyx Cüneyd türbəsi kimi məkanlara baş çəmək təklif olunacaq.
Hesab olunur ki, IX əsrə aid Şabran şəhərinin qalıqları, arxeoloji qazıntılar zamanı burda tapılmış nümunələr xarici turistlərə maraqlı ola bilər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, artıq turizm şirkətləri tərəfindən bu cür işlərin aparılması, ekskursiya zamanı bələdçilərin, eləcə də xidmətləri təqdim edəcək insanların hazırlanması kimi məsələlər gündəmdədir.
Turistlər Qubada rayon mərkəzindən 57 km aralıda yerləşən Xınalıq kəndi ilə yaxından tanış olacaqlar. 5 min il tarixi olduğu deyilən Xınalıq kəndi həm də Azərbaycanın ən hündür yaşayış məntəqəsidir.
Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalığın yerli muzeyində nadir tapıntılar saxlanılır.
Xınalıqdakı etnoqrafiya muzeyində bir qab var ki, bu qab mal bağırsağından hazırlanıb. Lap qədim dövrlərdən indiyəcən gəlib çıxan bu qabda xüsusi olaraq dərman saxlanılıb. Bundan əlavə, bu muzeydə 4 qulplu küplər də var. Muzey təmsilçisinin dediyinə görə, bu küplər yalnız Xınalıq muzeyində saxlanılır.
Xınalıqla yanaşı Qusarın Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsinə ekskursiya Azərbaycanın oyunlar ərəfəsində qəbul edəcəyi turistlərə maraqlı ola bilər.
Avropa Oyunlarə ərəfəsində nəzərdə tutulmuş turizm marşurutuna daxil olan 4-cü ünvan “Şahdağ” qış-yay turizm kompleksidir.
Ümumiyyətlə, qonaqlara Şimaldakı turizm mərkəzlərində istirahət təklif olunacaq. Nazirlik bununla bağlı artıq xüsusi göstəriş verib.
Cia.az
