|
İlham Əliyevlə Abdullah Şahid telefonla danışdı

Prezident İlham Əliyev və BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid arasında telefon danışığı olub.

 

Cia.az xəbər verir ki, A.Şahid bu barədə Tvitter hesabında paylaşıb.

“Azərbaycan Prezidenti İlham Əliyevlə əla telefon söhbətimiz oldu”, - A. Şahid vurğulayıb.

Şahid, telefon danışığı zamanı Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu və COVID-19 peyvəndlərinin ədalətli bölgüsü ilə bağlı təşəbbüslərini və Baş Assambleyada, BMT İnsan Haqları Şurasında universal peyvəndləmə ilə bağlı qətnamələrini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib.