“Azərişıq” ASC-də Avropa Oyunlarına hazırlıq prosesi gedir.
Bununla yanaşı qurum əməkdaşları, qarşıda gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. Artıq qurumda növbətçilik təşkil edilib, zəruri olan materialların, transformatorların ehtiyatı yaradılıb. Bayram günlərində enerji istehlakçılarının, tədbirlərin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəzanın qarşısının alınması üçün zəruri tədbirlər görülüb.
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlər müvəqqəti olaraq dayandırılacaq. Abonentlər istər şəhərlərdən, istərsə də rayonlar, qəsəbə və kəndlərdə yarana biləcək hər hansı problem ilə əlaqədar “199 saylı qəza xidməti”nə məlumat vermə bilərlər.
Cia.az
