|
İqor Dodon 12 milyon dolları mənimsəməkdə şübhəli bilinir

Moldovanın sabiq prezidenti İqor Dodon 12 milyon dollar vəsaiti mənimsəməkdə ittiham olunur.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İ. Dodon özü açıqlama verib.

O, ifadə vermək üçün Prokurorluğa çağırılıb.