Böyük Britaniya parlamentinə ən gənc deputat təmsil olunacaq.
20 yaşlı namizəd Mairi Blakın seçkilərdə qələbə qazanması ölkə mətbuatında sensasiya doğurub.
Mətbuat yazır ki, o, Şotlandiyadakı Millətçi Partiyanı təmsil edir və 1667-ci ildən indiyədək Böyük Britaniyada ən gənc deputat statusunu qazanıb.
Bəzi KİV-lər və sosioloji xidmətlər mühavizəkarların parlamentdə böyük çoxluq təşkil edəcəkləri barədə exzit-polun nəticələrinin şübhə doğurduğunu yazıb: "Üç sorğu təşkilatının apardığı rəy sorusunda mühavizəkarlarla leyboristlər arasında fərq elə də böyük olmayıb."
Xatırladaq ki, seçkilətdə 650 dairədən 635-i üzrə məlumatların toplanmasından sonra mühafizəkarlar parlamentdə 320, leyboristlər 227, Şotlandiya Milli Partiyası 56, liberal-demokratlar 8 və Birləşmiş Krallığın Müstəqillik Partiyası 1 yer qazanıb.
Cia.az
