|
Paytaxtda avtomobillər toqquşdu: Yaralananlar var

 

 

Bakıda avtomobillər toqquşub, yaralananlar var.

 “Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu Zabrat-Məhəmmədi yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə bir neçə şəxs xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.