|
Kəmaləddin Heydərovun federasiyasında seçki keçiriləcək

Azərbaycan Taekvondo Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

Cia.az xəbər verir ki, toplantı 30 dekabr saat 11:00-da başlayacaq. İclasın ardından mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının hazırkı prezidenti fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovdur.