|
Yunanıstanda 6,1 ballıq zəlzələ oldu

Yunanıstanda Krit adasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

 Cia.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) yayıb.

Yeraltı təkanlar İraklion şəhərindən 75 kilometr cənubda qeydə alınıb. Sözügedən şəhərdə 137 mindən çox sakin yaşayır. 

Hələ ki, xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.