|
İlham Əliyevin də iştirak etdiyi sammit başladı

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir.

Cia.az  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

 Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi görüşü ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilin sonu keçirilir. Bu il görüşə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri dəvət olunub.

***

Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib: “30 il əvvəl Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması düzgün addım idi. Ötən illər ərzində çox şey köklü şəkildə dəyişib. Bir çox sahələrdə inteqrasiya dərinləşib”.