|
İki klub Fransa kubokundan kənarlaşdırıldı

Fransa Futbol Federasiyasının İntizam Komitəsi “Paris” və “Olimpik” (Lion) komandaları arasında yarımçıq dayandırılmış ölkə kubokunun 1/32 final mərhələsinin oyunu barədə qərarını açıqlayıb.

Cia.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər iki komanda texniki məğlubiyyət alaraq, kubok yarışından kənarlaşdırılıblar. Bu üzdən “Nitsa” birbaşa 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, “Paris” – “Olimpik” (Lion) matçı azarkeşlər arasında kütləvi dava səbəbindən yarımçıq dayandırılmışdı.