|
Paşinyan Rusiyada səfərdədir

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri başlayıb.

Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyanın təyyarəsi Sankt-Peterburq şəhərində yerə enib.

Xatırladaq ki, bu gün Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.