|
Nəsir  İmanquluyev  doğma ocaqda  anıldı

 

Cia.az xəbər verir ki, bugün Bakı Dövlət universitetində alim, publisist, jurnalist, ictimai xadim Nəsir  İmanquluyevin 110 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfransda   Bakı Dövlət universitetinin rektoru Elçin Babayev, yazıçı-publisist Aqil Abbas, Əməkdar jurnalist Flora Xəlilzadə, Telli Pənahqızı, professor Qulu Məhərrəmli və fakultənin müəllim heyəti iştirak edib. Böyük ustad Nəsir müəllim haqqında xatirələrini bölüşüb, Azərbaycan mətbuatının inkişafında N. İmanquluyevin xidmətlərindən söz açıblar.

Xatırladaq ki, Nəsir müəllim 1947 –ci ildə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamış,ömrünün sonuna qədər usanmadan bildiklərini gənc nəslə öyrətmiş, tələbələrinə hər zaman maddi-mənəvi dəstək olmuşdur.

Elida Muxayeva