Bakıda məşhur kuryer şirkətindən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətindən Cia.az-a verilən məlumata görə, dekabrın 25-də Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə rayon ərazisində yerləşən “Limak” MMC-nin ofisindən 8600 manat oğurlanması barədə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
