|
İranda 5,2 ballıq zəlzələ oldu

İranın cənub hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Cia.az  Avropa-Aralıq dənizi Seysmoloji Xidmətinə istinadən xəbər verir ki, zəlzələnin episentri Bender-Abbas şəhərindən 59 kilometr şimalda yerləşib.

 Sözügedən şəhərdə təqribən 352 min nəfər yaşayır.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.